Şəhidlik zirvəsinin 20 yaşlı fatehi Cavid Abdullayev — VİDEO

GÜNDƏM 14 dek 2020, 10:54
Qaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçimiz, 20 yaşlı Cavid Abdullayev dəfn olunub.

Baku Tv xəbər verir ki, şəhidin üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu Qaşqaçay kəndinə gətirilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra şəhidin nəşi “Şəhidlər Ölməz, Vətən Bölünməz” şüarları altında kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin yaxınları onun mərd, qorxmaz biri olduğunu söyləyiblər.

Qeyd edək ki, Cavid Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan hərbi xidmətə çağırılmışdı.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top