Qan tələbatının artması ilə bağlı vətəndaşlara müraciət edildi


SOSİAL 14 dek 2020, 11:04
Mərkəzi Qan Bankı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatınının artması ilə bağlı vətəndaşlara müraciət edib.

Demokrat.az xəbər verir ki, müraciətdə bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələrinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Qan Bankları 24 saat açıqdır: "Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Sərtəşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq. Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!"


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top