Cəbrayıl döyüşlərinin Mübarizi: “Yaşma” adı gələndə düşmən qaçmağa başlayırdı...” — VİDEOREPORTAJ

GÜNDƏM 11 dek 2020, 15:49
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılan Mübariz Qurbanzadə....

O, Xüsusi Təyinatlı Qüvvələr ki, 44 günlük Vətən Savaşında düşmənin canına vəlvələ salan, yuxusunu ərşə çəkən igid Azərbaycan oğullarından ibarət olub. 

Mübariz keçdiyi döyüş yolundan danışır:

“Düşmən bizim Xüsusi Təyinatlı Qüvvələrin hərbçilərini görəndə öz postlarını qoyub qaçmağa başlayırdı.Səngərdən qaçmağa imkan tapmayanlar isə elə oradaca məhv edilirdi”.

Mübariz Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanır. Buna baxmayaraq, hərbçi yoldaşları onu döyüş meydanından çıxara bilir. Yaralı halda bir müddət yenə döyüşür. 

Bu gün Mübariz Qurbanzadənin səhhəti yaxşıdır. Aldığı yaralar sağalır. Qələbədə böyük pay sahibi olan Xüsusi Təyinatlı Qüvvələrin bir üzvü kimi ayrıca qürur hissi yaşayır. 

Onu da deyək ki, hərbçimizin əmisi də Birinci Qarabağ Müharibəsində şəhid olub. 

Daha ətraflı Baku TV-nin videoreportajında:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top