Əhməd Cavadın nəticəsi Ərdoğana təşəkkür etdi

GÜNDƏM 10 dek 2020, 18:06
Azərbaycanın istiqlal şairi ​Əhməd Cavadın nəticəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Gənclər ve İdman Nazirliyinim əməkdaşı, Azərbaycan Triatlon Federasiyasının (ATF) baş katibi Cavad Axundzadə babasının Türk dünyasının birləşdirici simvollarından birinə çevrilməsi ilə qürur duyduğunu bildirib:

“Ailəmiz adından Türkiyə dövlətinin Prezidenti, cənab Rəcəb Tayyib  Ərdoğana Zəfər paradında Türk dünyasının böyük şairi, babam Əhməd Cavadın adını çəkdiyi üçün ailəmiz adından təşəkkür edirəm.

Bu gün babamın ruhu şaddır ki, canından çox sevdiyi torpaqlarımız düşmən tapdığı altından azad olundu. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirəm.

Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə! Yaşasın şanlı Azərbaycan Ordusu!”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top