Şagirdlərin elektron yerdəyişməsi davam edir

SOSİAL 10 dek 2020, 15:56

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalında qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasını, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilini təmin edir.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi portalı noyabrın 16-sı, saat 11:00-dan etibarən aktivdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top