Əfsanəvi italiyalı futbolçu vəfat etdi


İDMAN 10 dek 2020, 09:48
İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossi vəfat edib.

"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, keçmiş hücumçu 64 yaşında dünyasını dəyişib.

Onun ölümünə ağciyər xərçəngi səbəb olub.

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.

Rossi Turin təmsilçisinin heyətində iki dəfə ölkə çempionatının və bir dəfə Kuboklar Kubokunun qalibi olub.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top