DTX əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürdülər

SOSİAL 09 dek 2020, 18:18
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüblər.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

Bildirilib ki, xidmətin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top