Prezidentin köməkçisi: “Azərbaycan peyvəndlərlə bağlı danışıqlar aparır”


SOSİAL 08 dek 2020, 15:32
“Biz dünyada vaksinlə, peyvəndlə bağlı prosesləri izləyirik və danışıqlar aparırıq”.

Demokrat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

“Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər vaxt lazımdır və onların böyük həcmdə qısa müddətdə hazırlanması hələ ki, mümkünsüzdür. Ümid edirik ki, ən təhlükəsiz vaksinlərdən alıb Azərbaycanda peyvəndləşməyə başlayacağıq”, - o bildirib.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top