“Qarabağ qiyamətə qədər Azərbaycanın olaraq qalacaq” — VİDEO

GÜNDƏM 08 dek 2020, 09:22
“Azərbaycanlı qardaşlarımızı bu tarixi zəfər münasibətilə bir daha təbrik edirik. Hökumətimiz, millətimiz, Türkiyə Böyük Millət Məclisi, millətimizin bütün nümayəndələri Qarabağdakı bu möhtəşəm qələbə münasibətilə azərbaycanlı qardaşlarını təbrik edirlər”.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisində büdcə məsələlərinin müzakirəsi zamanı Azərbaycanın Qarabağ zəfərindən danışarkən dilə gətirib.

O bildirib ki, bu tarixi qələbə Türkiyəni də qürurlandırır:

“Qarabağ məsələsində beynəlxalq ictimaiyyəti həm Azərbaycanın, həm Türkiyənin əleyhinə qaldırmaq istəyənlərə qarşı heç yolumuzdan dönmədik.

Cənab İlham Əliyevin rəhbərliyində Azərbaycan çox təsirli bir mücadilə ilə bir ay yarımda 29 illik röyanı gerçəkləşdirdi və Qarabağ yenidən Azərbaycanın oldu.

Qarabağ Azərbaycandır və qiyamətə qədər Azərbaycan olaraq qalacaq!”(oxu.az)

 




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top