“Azəriqaz” vətəndaşa böyük məbləğdə cərimə yazdığı üçün məhkəməyə verildi — ŞİKAYƏT

SOSİAL 07 dek 2020, 12:44
Sumqayıt şəhər sakini Həsənova Arzu Pənah qızı “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Arzu Həsənova iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edib.

İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisi üzrə məhəllə komitəsi ərazisində yerləşən fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış 1814.40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Həsənova Arzu Pənah qızının cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılıb.

Buna səbəb Arzu Həsənovanın məhkəmə iclasına gəlməməsi olub.

Bu qərardan narazı qalan Arzu Həsənova apelyasiya şikayəti verib. Arzu Həsənova şikayətində iddia edib ki, ona məhkəmənin yeri və vaxtı barədə bildiriş gəlməyib.

Arzu Həsənovanın apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb və təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top