Ermənistan XİN başçısı Rusiyaya getdi

DÜNYA 07 dek 2020, 10:14
Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan Rusiyaya rəsmi səfər edib.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Ermənistanın XİN başçısı Ara Ayvazyan Rusiyaya iki günlük rəsmi səfər edib. Verilən məlumatlara görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistanın yeni Xarici İşlər naziri ilə üzbəüz görüşü olacaq. Görüş zamanı, noyabrın 10-da əldə olunan üçtərəfli bəyanatın yerinə yetiriləməsi məsələsi həmçinin,  beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ermənistan və Rusiya XİN başçıları arasında sonuncu danışıq 21 noyabrda baş tutub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top