Mbappe 100-ə çatdı

İDMAN 06 dek 2020, 23:42
PSJ Fransa çempionatının 14-cü turu çərçivəsində “Monpelye”ni məğlub edib – 3:1.

"Qafqazinfo" xəbər verir ki, sözügedən qarşılaşma Paris klubunun futbolçusu Kilian Mbappe üçün yubileylə yadda qalıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə “Monpelye” ilə oyunda komandasının son qolunu vuran Mbappenin PSJ-nin heyətində 100 qol səddinə çatdığı diqqətə çatdırılıb. Fransız hücumçu bu göstəriciyə 137 oyunda nail olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top