İranda daha bir SEPAH komandiri öldürüldü

DÜNYA 01 dek 2020, 13:29
İran İnqilab Keşikçiləri Qüvvələrinin  komandirlərindən Müslüm Şahdan qətlə yetirilib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Müslüm Şahdan pilotsuz təyyarə vasitəsilə vurularaq qətlə yetirilib. Verilən məlumatlara görə, onunla birgə daha 3 nəfər öldürülüb.

“Əl Arabiya” televiziyasının İraqın kəşfiyyat mənbələrinə istinadən verdiyi məlumata görə, Şahdan Suriyanın Əl-Qaim sərhəd qapısından keçdikdən sonra avtomobilində hərəkət edərkən vurulub.

 Qeyd edək ki, yanvar ayında SEPAH-ın generallarından biri Qasım Süleymani və onunla birlikdə bir neçə komandir dronla qətlə yetirilmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top