Doğum günündə şəhid olan qəhrəman — VİDEO

QARABAĞ 28 noy 2020, 23:47
Dünyaya gəldiyi tarixdə çox sevdiyi vətənin azadlığı uğrunda vuruşaraq qələbə qazanıb dünyadan köçmək, Tanrı dərgahına ucalmaq... 

Sübhan Cəbrayılovun taleyinə hərbçi olmaq yazılıb. Çox sevib vətənini. Şəhid olmaq ən böyük arzusu olub. Allah da onu arzusuna çatdırıb. Doğulduğu gündə....


Dünyada yəqin ki, bu hissin ifadə forması yoxdur. Ana öz əliylə böyütdüyü oğlunu vətənə qurban verir və deyir ki "Oğlum istədəyinə nail oldu".

"O, yanımızda olanda biz döyüşə gözüyumulu girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir". Döyüş yoldaşı Səxavət Sübhanın döyüşlərdə neçə-neçə şəhidimizi çiyinində daşıdığını deyir. Onun döyüşə olan sevgisindən danışır.... 

Xanımı isə "O mərd adamıydı, Mənə düşən də onun övladlarını adına layiq böyütməkdir. Sübhan öz ailəsinə vətən, bayraq sevgisini yüksək səviyyədə aşılayıb" deyir.

Sübhan Cəbrayılov övladlarının milli vətənpərvərlik ruhunda böyümələrini istəyirdi. Yəqin ki, indi balalarını hərbi geyimdə görsə, bu arzusunun da yerinə yetdiyinə şahid olardı...

Ən böyük arzusu isə vətənin azadlığı idi...

Şəhid qardaşımız, övladların sənin azad elədiyin vətəndə sənin miras qoyduğun dəyərlərlə böyüyəcəklər. Sənin sayəndə! Məkanın behişt olsun!




Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top