Şamaxıda ağır qəza — Ölən var


HADİSƏ 28 noy 2020, 21:22
Noyabrın 27-də saat 10:00 radələrində Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində rayon sakini G.Usubalıyevin idarə etdiyi “VAZ-2115” markalı minik və Bərdə rayon sakini Ə.Şirinovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyi xəbər yayıb.

Bildirilib ki, qəza nəticəsində G.Usubalıyevin sərnişini, Məlikçobanlı kənd sakini  Elnur Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top