Yalnız bananla qidalanan 21 yaşlı Ellie — VİDEO

MARAQLI 27 noy 2020, 12:18
Cənubi Afrikada yaşayan 21 yaşlı Ellie Who, meşəyə gedir və topladığı meyvə və bitkiləri, xüsusən də banan yeyir.

"MediaPost" xəbər verir ki, Cənubi Afrikada yayımlanan Afrimax TV televiziyasına danışan Ellienin anası beş övladını doğuşda itirdiyini və Ellieni Allahın bir hədiyyəsi olaraq gördüyünü bildirib.

Anası kəndlilərin övladına daim təzyiq göstərməsindən və ona "meymun" adının qoyulmasından çox kədərləndiyini deyib.

Oğlunun yeməyi sevmədiyini və yalnız bananla qidalandığını söyləyən ana lal olan oğlunun insanlardan qorxduğu üçün meşəyə qaçdığını bildirib. 

Qaçan oğlunun arxasınca qaçmalı olduğunu söyləyən ana qeyd edib ki, bəzən həftədə 230 kilometr qaçıram.

Kəndlilər də meşədə yaşamaq istəyən Ellini vəhşi heyvanların hücumundan qorumağa çalışdıqlarını, ancaq bacarmadıqlarını söyləyirlər".



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top