Füzuliyə Azərbaycan bayrağını sancan xüsusi təyinatlı... — FOTOLAR

GÜNDƏM 23 noy 2020, 13:07

İkinci Qarabağ müharibəsində iştirak edən xüsusi təyinatlı Elvin Məmmədovun həyat yoldaşı İlhamə Məmmədova onun döyüşlərdə iştirakından danışıb.


İlhamə Məmmədova Yeniavaz.com-a danışarkən bildirdi ki, müharibənin başlamasından bir neçə gün əvvəl Elvinə zəng gəlir və onları təlimə çağırırlar:


“9 aylıq hamilə idim. Gecə Elvinə zəng gəldi, danışıb qurtarandan sonra mənə dedi ki, sabah təlimə gedirəm. Səni Bakıya göndərəcəm. Sonra da qayınatama zəng edib ki, gəl İlhaməni apar, mən təlimə gedirəm. 25 sentyabrda sağollaşdıq, oğlumla məni birgə Bakıya yola saldı, 26-sı özü getdi. 27-si səhər isə oyananda baxdım ki, internet yoxdur, televizoru açdım və müharibənin artıq başladığını gördüm. Elvinə zəng etdim, telefonu bağlı idi. Həmin gün axşama qədər zəng etdim, zəng çatmadı. Artıq tam əmin idim ki, müharibə başlayıb. Aprel döyüşlərində də Elvin təlim adı ilə getmişdi”.


Günlərlə kəşfiyyat qrupunun komandirindən xəbər ala bilməyən ailə üzvləri nəhayət Elvinin DSX əməkdaşı olan qardaşı vasitəsilə məlumat əldə edə biliblər:


"Qaynım da hərbçidir, onun vasitəsilə dost-tanışdan öyrənirdik ki, Elvin yaxşıdır. 10 gündən sonra bir zəng gəldi, açdım ki, Elvindir. Bir kəlimə dedi ki, yaxşıyam, narahat olmayın, sonra sağollaşdı".


Çənəsindən yaralandığı üçün özü ilə danışa bilməsək də, İlhamə Məmmədova yoldaşının döyüşlərdə iştirakından da söz açıb:


"Yoldaşım komandir kimi əsgərləri ilə birgə qəhrəmancasına döyüşüb. Goranboy, Cəbrayıl, Füzuli, Laçın koridoru və Şuşa istiqamətlərindəki döyüşlərdə öndə gedənlərdən olub. Füzuliyə də bayrağı o sancıb. Laçın koridorunun bağlanmasında böyük əməyi olub. Orada döyüşərkən ağzından yaralanıb, çənəsi qırılıb. Buna baxmayaraq Elvin yenə də öz tabeçiliyində olan döyüşçüləri tək qoymayıb. Yollar açılmadığından və döyüşlər davam etdiyindən Elvin 5 gün yaralı halda Laçın koridorunda özünə tibbi yardım göstərərək həyatda qalıb. Qeyd edim ki, yoldaşım bundan əvvəl də 3 dəfə başından travma alıb".

 








Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top