Sabah yağış yağacaq

SOSİAL 22 noy 2020, 17:52

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

 

Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

 

Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top