“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışıldı — VİDEO

GÜNDƏM 21 noy 2020, 16:44

“Əl-Cəzirə” kanalında Ağdamın Azərbaycana təhvil verilməsi ilə bağlı reportaj hazırlanıb.


Reportajda bildirilib ki, 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdam rayonu Dağlıq Qarabağ uğrunda gedən altı həftəlik döyüşlərdən sonra Azərbaycana təhvil verilib.   


Kanalın müxbiri qeyd edib ki, bölgə geniş formada vandallığa məruz qalıb, dağıdılıb və tərk edilib. O əlavə edib ki, apardığı görüşlər zamanı insanlar ərazilərə qayıtmaq istədiklərini deyiblər.


Reportyor qeyd edib ki, hazırda, o, Ağdamın mədəniyyət mərkəzinə yaxın ərazidədir.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top