Pentaqon bütün müharibələri dayandırmağa çağırdı

DÜNYA 15 noy 2020, 15:39

Pentaqon rəhbərinin səlahiyyətlərini icra edən Kristofer Miller ABŞ-ın iştirakı olan bütün müharibələrə son qoymağın lazım olduğunu bildirib.

 

“The Hill” qəzeti bu barədə departamentin işçilərinə göndərilən memorandumun mətninə istinadən xəbər yayıb.

 

“Biz daim müharibə edən bir xalq deyilik, bu, tərəfdar olduğumuz hər şeyə və atalarımızın uğrunda mübarizə apardıqlarına ziddir. Bütün müharibələr sona çatmalıdır”, - Miller deyib.

 

O qeyd edib ki, ABŞ Əfqanıstandakı müharibəni bitirməyə sadiq qalır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top