Fəzail Ağamalı: "Dünya erməniləriylə müharibəmiz davam edir"

GÜNDƏM 13 noy 2020, 15:35

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.


Demokrat.az xəbər verir ki, plenar iclasda millət vəkili Fəzail Ağamalı da çıxış edib.


Millət vəkilinin çıxışını təqdim edirik:

 

"Biz işğalçı və vandal Ermənistan üzərində zəfər qazandıq. Olduqca şərəfli günlərimizi yaşamaqdayıq. Bu qələbə münasibətilə Uca Xalqımızı, möhtərəm, cənab prezident, Ali Baş Komandan İlham Əliyevi, igid və qəhrəman silahlı qüvvələrimizi, millət vəkillərini qəlbən təbrik edirəm.


200 ildən bəri himayəçilərinin hərtərəfli köməyi və dəstəyilə üzərimizə gələn, tarixi torpaqlarımızda saxta, kökü, əsası olmayan  dövlət yaradıb xalqımıza qarşı qırğınlar törədən ermənilər nəhayət layiq olduqları cavabı aldı, ədalət təntənə çaldı. Bu mühairbə həm də millətimizin qan yaddaşının, genetik kodunun, 1905 – 1907, 1918 – 1920, 1946 – 1952, 1988 – 2020-ci illərdə erməni cəlladlarının xalqımıza qarşı törətdikləri çoxsaylı soyqırımların, qətlə yetirilən on minlərlə günahsız soydaşımızın, vəhşicəsinə dağıdılan yaşayış məskənlərimizin intiqam savaşı idi. Torpaqlarımızı işğaldan azad etməklə bərabər, əyilən qəddimizi düzəldən, zədələnən qürurumuzu özümüzə qayratan Ali Baş Komandanımıza, igid əsgər və zabitlərimizə dərin təşəkkürümü bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.


Bizimlə hər zaman bir yerdə olan qardaş Türk xalqına, çox hörmətli, prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə rəsmilərinə əvəzsiz dəstəyə görə təşəkkür edirəm.


Bu tarixi qələbəni şərtləndirən başlıca amil xalqımızın dəmir iradəsinə söykənən Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti, təkrarolunmaz istedadı, peşəkarlığı və 17 il zaman kəsiyində formalaşdırdığı qəhrəman ordumuzun vətənpərvərliyi və yüksək döyüş qabiliyyətidi.


Xilaskar sərkərdə, çox üstün liderlik keyfiyyətlərini özündə ifadə edən prezidentimiz hər bir Azərbaycanlının sevimlisi, onun qəlbində əbədiləşən Milli Qəhrəmanımızdır.


Məğlubiyyətlərini həzm edə bilməyən ermənilər, harada yaşamasından asılı olmayaraq, millətimizə, dövlətimizə qarşı həqarətlərini davam etdirməkdədilər. Biz Qarabağ uğrunda savaşda qalib gəldik və ərazi bütövlüyümüzü təmin etdik. Lakin, dünya erməniləriylə müharibəmiz davam edir. Uzun çəkəcək bu müharibədə yenə də dövlətimizlə, prezidentimizlə, güclü müzəffər ordumuzla bərabər olmalı və bütün cəbhələrdə vandal düşmən üzərində tam qələbəmizi sona çatdırmalıyıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top