Rəsul Quliyev: "Torpaqların azad edilməsi qələbə statusundan yuxarıdır"

GÜNDƏM 11 noy 2020, 18:00

"Azərbaycanın 30 ildən sonra torpaqlarını erməni işğalçılarından azad etməsi qələbə statusundan yuxarıdır".


Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.


R.Quliyev qeyd edib ki, Azərbaycan 20-ci əsrdə iki dəfə müstəqillik əldə edib, hər iki müstəqillik imperiyanın dağılması nəticəsində əldə edilib: "Hər iki müstəqillikdən sonra Azərbaycanın torpaqları işğal olunub və birinci işğalda ermənilərin ələ keçirdiyi torpaqlar bir daha geri qaytarılmayıb. Bu gün Azərbaycan son 200 ildə birinci dəfədir işğal olunmuş torpaqlarını geri qaytarmağa nail olub. Azərbaycan faktiki ona verilmiş müstəqilliyi bu qələbəsi ilə təsdiqlədi. Ona görə bu qələbənin statusu yuxarıdır".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top