“Başımızı uca, alnımızı açıq edən rəhbərimiz var!” — Ali Baş Komandana müraciətlər

SOSİAL 10 noy 2020, 19:17

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

 

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı hərbi əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

 

Xalq bildirir ki, Ali Baş Komandanın adı böyük Azərbaycan xalqının tarixinə əbədi olaraq qızıl hərflərlə yazılacaq!

 

Prezidentə müraciət edənlər bilidirir ki, biz bu tarixi günlərə sevinc göz yaşı tökərək şahidlik edirik. Biz ona görə qürurluyuq ki, bu tarixi anları bizə yaşadan Şanlı Ordumuz, cəsur əsgərlərimiz, igidlərimiz var! Biz ona görə şanslıyıq ki, bizim kimliyimizi, qürurumuzu, xalqımızın iradəsini dünyaya sübut edən, başımızı uca, alnımızı açıq edən İlham Əliyev kimi rəhbərimiz var!

 

Azərbaycan xalqı həmçinin Ali Baş Komandana Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın milli marşalı, dünyanın generalissimusu hərbi rütbəsi verilməsi arzusunu dilə gətirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top