Ermənistanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır

DÜNYA 10 noy 2020, 12:18

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 108 687 nəfərə yüksəlib.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin profilaktikası və nəzarət mərkəzi məlumat yayıb.


Bildirilib ki, son sutkada 1 221 nəfər virusa yoluxub və daha 29 nəfər virusundan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 1 609 nəfərə çatıb.


Virusdan sağalanların sayı 66 835 nəfər olub. 39 831 pasiyent müalicə alır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top