Anar Kərimov: “Gələn il Şuşada konsert, Cıdır düzündə çövkən oyunu keçirəcəyik”


GÜNDƏM 09 noy 2020, 11:19

“Dünən şanlı ordumuz Şuşamızı bizə qaytardı. 28 illik həsrətdən sonra Şuşa tarixi sahiblərinə qayıdıb”.


Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Birinci Fəxri Xiyabanda Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bir qrup mədəniyyət və incəsənət xadimi ilə birgə Ulu Öndərin və Qarabağ-Şuşadan olan dahilərimizin məzarlarını ziyarət edərkən deyib.


Onun sözlərinə görə, dahi şəxsiyyətlərimizin ruhları şad olsun ki, artıq Şuşa azaddır:


“Əminəm ki, gələn il Şuşada konsert, Cıdır düzündə çövkən oyunu keçirəcəyik. O Cıdır düzü ki, o, mənfur düşmən tərəfindən murdarlanmışdı”.


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top