İranda koronavirusdan ölümdə anti-rekord


DÜNYA 09 noy 2020, 14:19

İranda koronavirusdan ölüm sayında anti-rekord yenilənib.


IRINN telekanalının məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.


Onun sözlərinə görə, COVID-19-dan son 24 saat ərzində 459 nəfər ölüb və 9236 yeni yoluxma müəyyən edilib.


Qeyd edək ki, pandemiya başlayanan bəri ölkədə koronavirusa yoluxan insanların ümumi sayı 682 486-ya, qurbanların sayı 38 291-ə çatıb.(oxu.az)


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top