Fazil Mustafa: "Ermənilərə informasiyaları da ötürənlərin çoxusu bu şəbəkə içində yer alır"

SİYASƏT 20 okt 2020, 00:13

"Biz Qarabağda yalnız erməniyə qalib gəlmirik, ondan da təhlükəli olan qonşu ölkələrin din pərdəsi altında gizlənmiş agenturasına qalib gələcəyik.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

"Mən deyirəm ki, şəhidlərimizi alqışlarla son mənzilə yola salmalıyıq, onları qürurla dəfn etməliyik. Bunlar isə sosial şəbəklərdə mərsiyə janrını canlandıraraq bu millətin ruhunu sındırmaq istəyirlər. Bütün trollarını yenə də əleyhimə kampaniyaya qoşurlar. İllərdir bu şəbəkə ermənilərlə birlikdə bu xalqın bəzi insanlarının cəhalət duyğularını sömürərək, Türkiyə əleyhinə, bizlərin əleyhinə təbliğat aparırlar. Bu QUMCUQLAR indi hamısı pərişandırlar, qardaşları ermənilər dar ayaqdadır. İndi Anadolu Türkünün mənəvi dəstəyi ilə birlikdə apardığımız Vətən savaşında məyus durumdadırlar. İllərdir Qumda hazırladıqları mətnləri bizim informasiya məkanımıza ötürürlər, bizim bəzi başıboş və cahil soydaşlarımız da bunlara qoşulub əleyhimizə rəylər yazırlar. Tam məsuliyyətimlə bildirirəm ki, ermənilərə informasiyaları da ötürənlərin çoxusu bu şəbəkə içində yer alır. Bunlara ən tutarlı cavabınız Qarabağın azadlığı olacaq" - F.Mustafa qeyd edib. /Pravda.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top