ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.
Oxu.Az xəbər verir ki, müğənni təkliyi sevmədiyini bildirib:
“Tək olmağı sevmirəm, evdə səs-küyü, çoxluğu sevən adamam. Birdən uşaqlar haradasa olanda elə düşünürəm ki, heç kimim yoxdur, həyatda təkəm, tənhayam, kövrəlib ağlayıram. Gündə Əliyə 10 dəfə “Əli, etmə” demədinsə, boşluq olur”.
Qeyd edək ki, bu buraxılış ARB televiziyasında yayımlanan “Ona qalsa” verilişinin sezon finalı olub.