Salyan rayonunun Noxudlu kəndindən 10 yaşlı Əmənova Mahirə İlqar qızı, 12 yaşlı Sadıqlı Ataxan Murad oğlu autizm sindromundan əziyyət çəkirlər.
Təşəbbüsümlə köməkçim Xidmət Orucov uşaqlara baş çəkmiş, onları diqqətdən kənarda qoymamışdı. Uşaqlar diqqət, qayğı və sevgi içində böyüməlidirlər.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balalarımızı ürəkdən təbrik edir, hər birinə sağlam və xoşbəxt həyat arzulayıram. Arzu edirəm ki, vətənpərvər övlad kimi böyüsünlər, Dövlətimizə və Xalqımıza xidmət etsinlər.
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı