Kriminal

Prokuror "Arzum"a cəza istədi — 5 il 9 ay

Prokuror Arzuma cəza istədi — 5 il 9 ay

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Demokrat.az Unikal.az-a istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.

Demokrat.az

NE
Nihadə Eyyubova