İcra başçısı həsir toxuma sexinə baxış keçirdi — FOTOLAR

GÜNDƏM 04 fevral 2026, 20:51
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov həsir toxuma sexinə baxış keçirib. O, sexdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerində tanış olub.

Demokrat.az xəbər verir ki, görülən işlər istehsal sahəsinin müasir tələblərə uyğunlaşdırılmasına, gücün artırılmasına və yeni iş yerlərinin açılmasına hesablanıb. Layihə rayonda həsirçiliyin inkişafına, eyni zamanda ənənəvi sənətkarlıq sahələrinin qorunub saxlanılmasına yönəlib.

Rayon rəhbəri qeyd edib ki, bu kimi sahələrin inkişafı qeyri-neft sektorunun genişlənməsi, yerli istehsalın stimullaşdırılması və əhalinin dayanıqlı məşğulluğu baxımından önəmlidir.

Araz Əhmədov aparılan təmir işlərini müsbət qiymətləndirib, prosesin keyfiyyətlə və vaxtında tamamlanmasının vacibliyini vurğulayıb, məsul şəxslərə tapşırıqlar verib.

Demokrat.az
 



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 17:39
Top