Bir çox ölkədə saatlıq əməkhaqqı təcrübəsindən geniş istifadə edilir. Məsələn, ABŞ-da bu, “hourly wage”, Böyük Britaniyada isə “national minimum wage”, “living wage” adlanır. Bu, maaşın işlənilən saatlarının sayına görə hesablanması üsuludur.
Bu əməkhaqqı sistemi xüsusilə tələbələrə, ikinci işdə işləyənlərə daha çox sərf edir. Qeyd edək ki, Yaponiyada da “hourly job” adlanan bu üsul tələbələr üçün əsas gəlir mənbəyi hesab edilir.
Azərbaycanda isə saatlıq əməkhaqqı təcrübəsindən çox da geniş istifadə edilmir.
Bəs edilsə, hansı müsbət nəticələri olar?
Bizim.Media mövzuyla bağlı millət vəkili Vüqar Bayramovun fikirlərini öyrənib.
Deputat ilk olaraq uzun müddətdir ki, sözügedən məsələylə bağlı müzakirələrin aparıldığını vurğulayıb.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırıldığı və tətbiqinin müzakirə olunduğu bildirildi.
Saatlıq minimium əməkhaqqının tətbiqi vətəndaşların bir neçə yerdə işləməsinə, daha yüksək əməkhaqqı almasına imkan yarada bilər. Xüsusilə bu, əmək müqaviləsiylə çalışan vətəndaşların maaşlarına təsir göstərəcək”.
Vüqar Bayramov diqqətə çatdırıb ki, saatlıq əməkhaqqı sistemi həftə sonu, iş saatından əlavə, bayram günləri işləyənlərin maaşlarının artmasına səbəb olur.
“Eyni zamanda bu, işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Buna görə də oxşar praktikanın Azərbaycanda həyata keçirilməsi məqsədəuyğundur. Bu baxımdan müzakirələrin, təhlillərin aparılması onu xəbər verir ki, ölkəmizdə saatlıq əməkhaqqı rejiminə keçid istisna deyil”.
Xatırladaq ki, bu ilin iyulunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilmişdi ki, saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.