Münasibətlərin normallaşması iqtisadi əlaqələrə pozitiv təsir edəcək — Deputat

GÜNDƏM 10 oktyabr 2025, 13:02
“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, son aylarda iki ölkə arasında gərginliyin və fikir ayrılıqlarının müşahidə edilməsinə baxmayaraq, biznes əlaqələrində stabil dinamika mövcuddur:



“Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşdır. Azərbaycanın qeyri-neft məhsullarının təxminən 30 faizi Rusiya bazalarına yönəldilir. Eyni zamanda ölkəyə transfer edilən vəsaitin məbləğində də Rusiya aparıcıdır. Rusiya ilə iqtisadi əlaqələrimiz ötən dövrdə də davam edib. Münasibətlərin normallaşması iqtisadi əlaqələrə daha pozitiv təsir göstərəcək. 
Xüsusən nəzərə alsaq ki, Rusiyada iki milyondan artıq həmyerlimiz yaşayır. Onların bir qismi Azərbaycanla biznes əlaqəsinə malikdir, bir qismi Azərbaycana pul kğçürmələrində iştirak edir. Bu baxımdan münasibətlərin normallaşması iqtisadi əlaqələrin inkişafına səbəb olacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2025, 17:11
Top