“Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulması olduqca acınacaqlı və narahatedici vəziyyətdir”.
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.
O əlavə edib ki, ümumiyyətlə, belə halların tam qarşısını almaq, təəssüf ki, mümkün deyil:
“Lakin müəyyən cəza tədbirlərinin tətbiqi ilə bu halların qarşısını qismən də olsa almaq mümkündür. Burada ciddi və detallı araşdırmalara ehtiyac var. Bəzən belə hallar qeyri-rəsmi, yəni nikahdan kənar münasibətlər nəticəsində baş verir. Halbuki, tərəflər faktiki olaraq ailə münasibətləri içində yaşayırlar. Bu zaman uşaq doğulduqdan sonra onun atalıq məsələsinin hüquqi həllində çətinliklər yaşanır. Əgər rəsmi nikah yoxdursa və atalıq müəyyən olunmayıbsa, bu hallarda inzibati məsuliyyətin tətbiqi nəzərdən keçirilə bilər. Bu kimi hallarda tərəflər hüquqi baxımdan bərabər məsuliyyət daşıyırlar. Ona görə də yalnız cəza mexanizmləri deyil, eyni zamanda maarifləndirici tədbirlərin də həyata keçirilməsi vacibdir. Hüquqi biliklərin artırılması, mənəvi dəyərlərin təşviqi və sosial layihələrin icrası bu istiqamətdə müsbət təsir göstərə bilər”.
Leyla Turan
Demokrat.az