Ermənipərəst qüvvələr gərginliyin artmasında maraqlı idi — Deputat

GÜNDƏM 10 oktyabr 2025, 11:25
“Ötən il Azərbaycana məxsus təyyarənin Rusiya ərazisində vurulmasından sonra iki ölkə arasında gərginlik pik həddə çatmışdı. Azərbaycanın beynəlxalq hüquqa söykənən bir sıra tələbləri var idi ki, onlar yerinə yetirilməli idi. Təssüflər olsun ki, qarşı tərəf qeyri-konstruktivlik nümayiş etdirirdi”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, münasibətlərin gərginləşməsində maraqlı olan tərəflər də var idi:



“Xüsusən Rusiya ictimai fikrində ermənipərəst qüvvələr var ki, onlar bu məsələlərdə daha çox maraqlı idilər. Onlar münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq açıqlamaları ilə aranı qızışdırırdılar. Amma dünənki Əlivev-Putin görüşündə Rusiya liderinin səsləndirdiyi fikirlər faktiki olaraq Azərbaycanın şərtlərinin qəbul edilməsi, nəhayət tərəflər arasında münasibətlərin normallaşmasına səbəb oldu. 
Gərginliyin yaranmasında Rusiyanın günahı var idi, bu, yalnız Azərbaycanın haqlı tələblərinin qəbul edilməsi ilə yumşala bilərdi ki, bu da baş tutdu. Hesab edirəm ki, təzminatın verilməsi və cinayətkarların cəzalandırılması da Putinin səsləndirdiyi fikirlərdən sonra mümkün olacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2025, 17:11
Top