“Bir müddətdir Rusiya və Azərbaycan arasında gərginlik var idi. Azərbaycanın təyyarəsi vurulandan sonra münasibətlərin gərginləşdiyinin şahidi olduq. Azərbaycanın tələbi yalnız ondan ibarət idi ki, üzr istənilməlidir, bu cinayəti törədənlər cəzalandırılmalıdır. Amma təəssüf ki, Rusiya tərəfi uzun müddət bunu etmədi. Bu da münasibətlərin gərgin qalmasına gətirib çıxardı”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, Rusiya bizim qonşumuzdur, coğrafiyanı dəyişmək mümkün deyil, ona görə də Rusiya ilə münasibətlərin dəyişməsi və inkişafı xüsusi önəm daşıyır:

“Dünən Rusiya prezidentinin səsləndirdiyi fikirlər onu söyləməyə əsas verir ki, artıq gərginlik arxada qalıb və məsələ həllini tapıb. Hesab edirəm bu, Rusiya-Azərbaycan münasibətlərində yeni bir səhifənin başlanğıcı olacaq, əlaqələrin inkişaf etdiyini görəcəyik.
Ümid edirik ki, Rusiya tərəfi yaxın günlərdə Putinin verdiyi açıqlamaların yerinə yetirilməsi, addımların atılması üçün işlərə başlayacaq və biz münasibətlərin tam normallaşdığının şahidi olacağıq. Bu məsələ həm də regional təhlükəsizlik baxımından əhəmiyyətə malikdir”.
Cavidan Mirzəzadə
Demokrat.az