Dərmanların bahalaşmasına səbəb Tarif Şurasının yanlış qərarlarıdır — AÇIQLAMA

GÜNDƏM 17 sentyabr 2025, 00:00
İlin ilk 8 ayında əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlər ötən ilin eyni dövrünə nisbətdə 21 faiz artıb. Bu cür böyük artımın baş verməsində hansı amillərin rolu var? 

Bu barədə Demokrat.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu, qiymət artımı ilə bağlıdır:

"Tələbatın artması üçün hansısa epidemiyaların, ciddi hadisələrin olması lazımdır, lakin bu yoxdur. Ona görə də əsas səbəb qiymət artımıdır. Demək olar ki, hər ay tibbi ləvazimatların və dərmanların qiyməti artır. Bunun da səbəbi Tarif Şurasının qiymətləri yanlış formada tənzimləməsidir".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 21:43
Top