Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb

HADİSƏ 09 sentyabr 2025, 13:18
Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb. 

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. 

Bildirilib ki, Azərbaycan hüquq-mühafizə orqanları Rusiya ərazisində saxlanılmış həmin şəxsin ekstradisiyası ilə bağlı rusiyalı həmkarlarına müraciət ediblər.

Məlumata görə, Azərbaycanda qiyabi həbs edilən və axtarışa verilən sözügedən şəxs terror aktlarının hazırlanması üçün təlimlərin təşkilində, cinayətkar təşkilatın və qanunsuz silahlı qrupların yaradılmasında şübhəli bilinir. Bununla belə, haqqında bəhs edilən şəxsin hansı ölkənin vətəndaşı olduğu qeyd edilməyib. 

Moskva məhkəməsi təqsirləndirilən şəxsin istintaq təcridxanasına göndərilməsinə qərar verib. Məhkəmə materiallarında bildirilib ki, onun Azərbaycana təhvil verilməsi ilə bağlı hələ aşkar maneələr yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 17:52
09 sentyabr 2025, 16:13
09 sentyabr 2025, 16:10
Top