Virtual qumar və mərc oyunlarının təhlükəsi ilə bağlı təbliğat aparılmalıdır.
Bunu Demokrat.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, bu, bütün dünya üçün çox böyük təhlükədir:
“Əslində orada heç bir qazanc yoxdur, sadəcə dələduzluq şəbəkəsi var. Bununla məşğul olan insanlar müəyyən müddət sonra öz gəlirlərindən məhrum olurlar. Hesab edirəm ki, bunun gənclər üçün nə qədər böyük bir təhlükə olduğunun təbliğatı aparılmalıdır, sosial çarxlar hazırlanmalıdır. Orta və ali məktəblərdə söhbətlər aparılmalıdır. Eyni zamanda hər kəs öz ailəsində bunun aludəçisinə çevrilməməklə bağlı danışmalıdır. Ümid edirəm ki, gənclərimiz özünü bu təhlükədən qoruyacaqlar.
Cavidan Mirzəzadə
Demokrat.az