“3+3 formatlı tədbirin növbəti ev sahibliyini Azərbaycan və ya Ermənistan etməlidir” — Deputat

SİYASƏT 09 sentyabr 2025, 17:04
“3+3 formatı Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu format regional əməkdaşlığı ehtiva edir. 3+3 formatlı tədbirin növbəti ev sahibliyini Azərbaycan və ya Ermənistan etməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında artıq sülh bərqərar olub:



“Bu gün qarşılıqlı etimad tədbirləri davam etdirilir. Həm də Ermənistan konstitusiyasında müvafiq dəyişiklik ediləndən sonra yekun sülh müqaviləsi imzalanacaq. Bu baxımdan 3+3 formatında regional ölkələrin növbəti görüşü Azərbaycanda keçirilə bilər.

Hesab edirəm ki, Ermənistanın nümayəndə heyəti də tədbirə qatılmaq üçün Bakıya səfərə gələ biləcək. Çünki artıq dövlət rəsmiləri arasında vasitəçisiz ikitərəfli görüşlərin keçirilməsi üçün heç bir maneə yoxdur. İki ölkə arasında xüsusi rabitə kanalları vasitəsilə məsələlər müzakirə olunur. Bu baxımdan Azərbaycan və Ermənistan 3+3 tədbirinin harada keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma şəraitində razılığa gələ biləcəklər”.

Cavidan Mirzəzadə
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top