Xəbər verdiyimiz kimi, Görədil-Novxanı yolunda, kanalın kənarında aylardır zibillər yığılmadığı üçün acınacaqlı vəziyyət hökm sürürdü.
Demokrat.az məsələni işıqlandırdıqdan bir neçə saat sonra Binəqədi rayon İcra Hakimiyyəti müvafiq addımlar atıb, ərazi zibillikdən təmizlənib.
Lakin qəribədir ki, şikayət edən şakinləri cəzalandırmaq məqsədi ilə həmin ərazidəki zibil qutularını da özləri ilə aparıblar.
Yüzlərlə evin yerləşdiyi ərazidə cəmi 4 zibil qutusu olduğu halda, bu cür addım nə məqsəd daşıyır?
Üstəlik zibil qutularını götürdükdən sonra əraziyə zibil atmağın qadağan olduğunu bildirən lövhə qoyulub.
Maraqlıdır, bəs həmin vaxta qədər niyə əraziyə zibil qutuları qoyulmuşdu?
Məsələ diqqətimizdə saxlanılacaq.
Ərazidən görüntüləri təqdim edirik:
Cavidan Mirzəzadə
Demokrat.az