Nəsimi təkcə Azərbaycanın tarixi şəxsiyyəti deyil — Deputat

GÜNDƏM 26 avqust 2025, 15:29
Nəsiminin məzarının Hələbdə qalması daha çox töhfə verə bilər, nəinki ölkəmizə gətirilməsi.

Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, Nəsiminin təkcə Azərbaycanın tarixi şəxsiyyəti olmadığını nəzərə almalıyıq:

"Bu məsələ uzun müddətdir müzakirə olunur. Hesab edirəm ki, gələcəkdə nəzərdən keçirilə bilər. Amma nəzərə alsaq ki, Nəsimi yalnız Azərbaycana məxsus tarixi şəxsiyyət deyil, bütün müsəlman dünyasının tarixi şəxsiyyətidir. Ona görə düşünürəm ki, Nəsiminin məzarı Suriyada qalarsa, yaxşı bərpa olunarsa, bu, Azərbaycanın tarixi şəxsiyyətinin tanınmasına töhfə verə bilər. Çünki Suriya ərazisi özündə böyük tarixi əks etdirən bölgədir. Hələb çox məşhur şəhərdir. Ona görə hesab edirəm ki, Hələbdə qalması daha çox fayda verər, nəinki Azərbaycana gətirilməsi".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 16:29
Top