Bakının Sabunçu rayonunda restoranda dava düşüb, kababçı ofisianta xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində fəaliyyət göstərən “Səma” restoranının qarşısında baş verib.
Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Tural kababçı işlədiyi “Səma” restoranının qarşısında həmin restoranda ofisiant işləyən Rəsulun onu təhqir etməsi səbəbindən onunla mübahisə edib.
Aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə zamanı yumruq zərbələri ilə iki dəfə Rəsulun üz nahiyəsinə zərbələr vurub.
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Rəsul onu təhqir edib: “Mübahisə zamanı əsəbiləşərək zərərçəkmiş şəxsin üz nahiyəsindən iki dəfə yumruq zərbəsi ilə vurdum. Əməlimdən peşmanam, onunla barışmışam”.
İş üzrə zərərçəkmiş Rəsulun sözlərinə görə, “Səma” restoranında olarkən oranın sahibi Cümşüd uzun müddətdir tanıdığı və tanışlıq əlaqəsi olan kababçı işləyən Turalı işdən çıxarıb: “Bu səbəbdən Tural Cümşüd ilə mübahisə etməyə başladı. Həmin vaxt Turalı mübahisə etməsin deyə oradan uzaqlaşdırdım. Bir qədər sonra siqaret çəkmək üçün restoranın qarşısına çıxdım. Bu zaman Turalın da restoranın qarşısında olmasını gördüm və müdürlə niyə mübahisə etməsini bildirdim. Bundan sonra Tural yanıma yaxınlaşaraq qəsdən iki dəfə yumruq zərbəsi ilə üz nahiyəmdən vuraraq mənə xəsarət yetirdi. Sonra oradan uzaqlaşdı”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turala 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin yaşadığı evi cəza çəkmə müddətində axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Bundan başqa, onun bu müddət ərzində Bakı şəhəri ərazisini tərk etməsi qadağan edilib. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət məhkumun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Qeyd edək ki, Tural bundan əvvəldə məhkum olunub. O, Masallı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və 2 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az