Bu türk ölkəsi Füzulidə məscid tikir

XARİCİ SİYASƏT 22 avqust 2025, 15:31
Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib.

“Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri də hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top