Aeroportda qalan əşyamızın aqibəti necə olur?

SOSİAL 19 avqust 2025, 14:38

Səyahət təlaşında hər kəsin diqqətindən nə isə yayınır. Tələsik yoxlamalar, uzun növbələr və uçuş həyəcanı nəticəsində sərnişinlərin aeroportda əşyalarını unutması adi haldır. Kimisi çantasını, kimisi sənədini, bəziləri isə dəyərli xatirəvi əşyalarını geridə qoyur.

Bəs bu əşyaların aqibəti necə olur?

Turizm üzrə ekspert Azər İsmayıl Valyuta.az-a bildirir ki, Azərbaycanda aeroportda qalan əşyalar utilizasiya edilir:

“Dünya praktikasında bəzi ölkələrdə müəyyən müddət keçdikdən sonra, aeroportda qalan əşyaların sahibi tapılmadıqda auksion şirkətləri tərəfindən hərrac keçirilir. Bu hərraclarda həmin əşyalar satışa çıxarılır və satılır. Azərbaycanda isə belə bir şey yoxdur. Qanunvericilik buna icazə vermir. Azərbaycanda yalnız utilizasiya prosesi mövcuddur. Yəni, aeroportda qalan məhsullar məhv edilir. Bu işi də Azərbaycan Hava Yollarının müqavilə bağladığı şirkətlər həyata keçirir. Azərbaycanda hava yollarında bu əşyaların auksion və ya xeyriyyə məqsədilə satılması qanunla qadağandır. Aeroportda qalan əşyaların miqdarı və həcmi barədə isə rəsmi məlumat paylaşılmır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 16:35
Top