Şiə dünyasının məşhur din xadimi, Sədr Hərakatının lideri Müqtəda əl-Sədrin evinə dron hücumu həyata keçirilib.
Demokrat.az xəbər verir ki, Müqtəda əl-Sədrin İraqın Nəcəf şəhərində yerləşən evinə Pilotsuz Uçuş Apartı (PUA) ilə zərbələr endirilib.
Hücum zamanı Sədrin evində dağıntılar və ölüm faktının olub-olmaadığına dair məlumat yoxdur.
Hücumun kim tərəfindən təşkil ediliyi bilinmir.
Xatırladaq ki, Müqtəda əl-Sədr İraqda güclü ictimai-siyasi xadim hesab olunur, zamanında ABŞ-a qarşı vuruşub. İraqda keçirilən son parlament seçkilərində onun təmsil olunduğu siyasi hərəkat parlament çoxluğunu əldə edib.Bu ölkədə aylardır davam edən mitinqlərin təşkilatçısı kimi də onun aadı çəkilir.