Vyetnam parlamenti sabah yeni prezident üçün səs verəcək

DÜNYA 21 may 2024, 19:46
Vyetnam Sosialist Respublikasının (SRV) parlamenti mayın 22-də ölkənin yeni prezidentinə səs verəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, nəticələr açıqlandıqdan sonra yeni prezident and içəcək və inauqurasiya nitqi ilə çıxış edəcək.

Məlumata görə, mayın 21-də Milli Məclisin daimi komissiyası prezidentliyə seçiləcək namizədlərin siyahısını deputatların müzakirəsinə təqdim edib.

Qeyd edək ki, Vyetnam Prezidenti Vo Van Txıonq mart ayında istefa verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top