Fillərin ölümünün qarşısını almaq üçün yeni ÜSUL

MARAQLI 21 may 2024, 15:35
Hindistanda səlahiyyətlilər fillərin qatar altında qalaraq ölməsinin qarşısını almaq üçün yeni üsula keçid edib.

Demokrat.az
xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, sözügedən yeni üsulda süni intellektdən istifadə olunub.

Belə ki, meşə mühafizəsi qrupları dəmir yolu xətti boyunca termal kameraları olan 12 müşahidə qülləsi quraşdırıblar. 

Bu şəkildə səlahiyyətlilər, relslərin yaxınlığında fillər aşkar edildikdə, qatarların sürətini azaltmaq və filləri çıxarmaq kimi ehtiyat tədbirləri görə bilirlər. 

Komandanın rəhbəri Aşiş Rajput bildirib ki, kameralar hətta dəmiryol xətlərinin yaxınlığında insanları aşkar etmək üçün də yararlı ola bilər. 

Rajput qeyd edib ki, artıq yeni üsulla dəmir yolu xətlərinə yaxınlaşan təxminən 400 fil relslərdən çıxarılıb və baş verə biləcək qəzaların qarşısı alınıb.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top