Eminemin qızı evləndi

ŞOU-BİZNES 21 may 2024, 15:37
Məşhur rep ifaçısı Eminemin qızı Heyli Ceyd Skott nişanlısı Evan Makklintokla ailə həyatı qurub.

Demokrat.az xəbər verir ki, məlumatı Ceyd Skott sosial media hesabından açıqlayıb.

O paylaşımında, nişanlısı ilə ailə qurduğunu və artıq evli olaraq oyandığını qeyd edib.

Bundan əlavə, toy mərasimində Eminem də iştirak edib. İfaçı mərasimdə qızı ilə rəqs edib.

Qeyd edək ki, Eminem və keçmiş həyat yoldaşı Kim Skottun Hayli Ceyd Skott, Aleyna Skott və Stiv Leyn Skott adlı üç qızı var.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top