Polşada Rusiyanın sifarişi ilə təxribat törətməkdə şübhəli bilinənlər saxlanıldı

DÜNYA 21 may 2024, 14:49
Polşada Rusiyanın sifarişi ilə təxribat və diversiya törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Task açıqlama verib.

O bildirib ki, saxlanılan şəxslər Ukrayna, Belarus və Polşa vətəndaşlarıdır:

“Hazırda həbsdə olan 9 nəfər var və onlar Rusiya xidmətlərinin tələbi ilə Polşada birbaşa təxribat törətməkdə ittiham olunurlar. 

Ukrayna, Belarus və Polşa vətəndaşları olan bu şəxslər bir çox aksiyalarda iştirak ediblər”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top